Logo

DİM XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün imtahan verəcək şəxslərə müraciət edib

21.09.2023 12:14 197 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 24-də Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə xarici dil biliyini yoxlayan danışıq bloku üzrə imtahan keçirəcək.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında olacaq.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlər kompüter proqramı ilə “demo- trenajor”undan tanış ola bilərlər. Yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın “demo” versiyası ilə tanış ola biləcəklər.

“Demo-trenajor” Azərbaycan, ingilis, alman və fransız dillərində təqdim olunur, lakin imtahanda bütün iddiaçılara qeydiyyat zamanı seçdikləri müvafiq xarici dilə uyğun imtahan sualları təqdim olunacaq.

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə edilir.

Xəbər lenti