Logo

BDU-da bitkilər üzərində aparılan mikromorfoloji tədqiqatlar davam edir

21.09.2023 11:12 191 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) bitkilər üzərində aparılan mikromorfoloji tədqiqatlar davam edir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Biologiya fakültəsinin dekanı professor Afət Məmmədovanın həmmüəllifi olduğu “Zəhərli və zərərli bitkilərin yarpaqlarının epidermis və trixomalarında mikromorfoloji müxtəliflik və onların taksonomik mahiyyəti” adlı məqalə bitkilərin mikromorfologiyasının skanedici mikroskopla tədqiqinə həsr edilib. Müəyyən olunub ki, mikromorfoloji tədqiqatlar bitki resurslarının zərərli və ya zəhərli olmasının müəyyənləşdirilməsində əlverişli test metodu kimi istifadə edilə bilər.

Məqalə “Web of Science” elmmetrik bazasına daxil olan “Folia Horticulturae” jurnalında (IF: 2.0) dərc olunub.

Xəbər lenti