Logo

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

21.09.2023 10:16 185 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib. Sonra beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan məqalələrə görə mükafatın verilməsi haqqında məlumat verib.

İnstitutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov 2024-cü ildə keçirilməsi planlaşdırılan beynəlxalq və respublika səviyyəli konfranslar haqqında məruzə ilə çıxış edib.

İclasda, həmçinin 2023-cü tədris ili üçün qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzularının adları geniş müzakirə olunub.

Sonda gündəlikdə duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti