“QS Avropa Universitetləri Reytinqləri 2024”ün nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerə yüksəlib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, reytinq 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilir.
UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-ci yerdədir. Bu göstərici 144 min nəfəri əhatə edən akademik heyətin rəyi əsasında müəyyən edilib. “İşəgötürənlər reputasiyası” indikatoru üzrə isə UNEC Avropada 195-ci yerdədir. Bu nəticə 98 mindən çox işəgötürən arasında keçirilən sorğu nəticəsində əldə edilib.