Logo

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb

20.09.2023 20:00 154 baxış
IMG

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Tehsil.biz xəbər verir ki, müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Bu, Elm və Təhsil Nazirliyinin ötən ildə keçirdiyi analoji qrant müsabiqəsinə təqdim olunan layihələrin sayından 45 faiz daha çoxdur.

Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi davam edir və müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin prioritet mövzuları məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması, ali təhsildə əlçatanlığın, keyfiyyət və beynəlxalq rəqabətliliyin təmin edilməsi, ömürboyu təhsil sisteminin gücləndirilməsi, distant təhsil imkanlarının genişləndirilməsi istiqamətində ictimai fəallığın dəstəklənməsi olub.

Xəbər lenti