Logo

AMEA-nın müxbir üzvü Türkiyədə keçiriləcək beynəlxalq foruma xüsusi məruzəçi statusunda dəvət alıb

20.09.2023 19:32 110 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ilində, noyabrın 23-24-də Türkiyədə keçiriləcək “2-ci İstanbul Kibertəhlükəsizlik Forumu”na xüsusi məruzəçi statusunda dəvət alıb.

İnstitutdan "Tehsil.biz'ə bildirilib ki, TASAM (Türk Asiya Strateji Araşdırmalar Mərkəzi) Milli Müdafiə və Təhlükəsizlik İnstitutu tərəfindən “Yeni kiberiqtisadiyyat və türk məhsulları” mövzusunda təşkil olunacaq beynəlxalq forumda sənaye, əşyaların interneti, mobillik, “Deep fake”, süni intellekt, virtual reallıq, kritik infrastrukturlar və qərar qəbulu ilə bağlı kibertəhlükəsizlik məsələləri müzakirə ediləcək.

Forum dövlət və ya özəl sektordan, vətəndaş cəmiyyətindən olan qərar qəbul edənləri bir araya gətirəcək, eləcə də proaktiv iqtisadi əməkdaşlıq, layihə və proqramlarla bağlı təkliflərin irəli sürülməsi, alim və mütəxəssislərin öz bilik və təcrübələrini bölüşdürməsi üçün mühüm platforma rolunu oynayacaq.

Xəbər lenti