Logo

ADNSU-da "Ulu Öndərin uğurlu neft strategiyası” mövzusunda tədbir keçirilib - FOTO

20.09.2023 18:55 316 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərin uğurlu neft strategiyası” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ziyarət olunub. Şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə “Əsrin müqaviləsi”nin imzalanmasına həsr edilmiş sənədli film nümayiş olunub. Sonra ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov çıxış edərək universitetdə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin milli neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan V.Əskərov Ümummilli Liderin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edib. O, ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.

ADNSU-nun Qaz-neft mədən fakültəsinin professoru Qafar İsmayılov “Əsrin müqaviləsi"nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin davamlı inkişafında xüsusi rol oynadığını bildirib.

Xəbər lenti