Logo

UNEC-in əməkdaşları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

20.09.2023 18:21 208 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat Fondunun mütəxəssisi Şəbnəm İsgəndərli və Türk dünyası iqtisad fakültəsinin məzunu, Tufan Dağçılıq Klubunun təsisçisi Toğrul Cəfərov “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan yürüşdə universitetin əməkdaşı və tələbəsi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəni fəth ediblər. Onlar Ulu Öndərin barelyefinin qarşısında UNEC-in bayrağını dalğalandırıblar.

Sonra UNEC əməkdaşları Qızıl Qaya silsiləsində dəniz səviyyəsindən 3756 metr yüksəklikdə yerləşən Atatürk zirvəsinə doğru yürüş ediblər.

Xəbər lenti