Logo

H-indeksinin yaxşılaşdırılması üzrə altqrupun növbəti iclası keçiriləcək

20.09.2023 17:41 223 baxış
IMG

Sentyabrın 22-də  Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun növbəti iclası keçiriləcək.

Tehsil.biz xəbər verir ki, görüşdə “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri (ali təhsil müəssisələri, dövlət və özəl sektor nümayəndələri, ekspertlər) iştirak edəcəklər.

İclasda altqrupun 2023-cü il üçün təsdiqlənmiş “Yol xəritəsi” üzrə görülmüş işlərin müzakirəsi aparılacaq.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.

Xəbər lenti