Logo

Xəzər Universiteti tədqiqatçılarının iştirak etdiyi beynəlxalq-elmi tədqiqat layihəsi qalib elan olunub

20.09.2023 16:33 246 baxış
IMG

Xəzər Universitetinin Həyat elmləri departamentinin tədqiqatçıları dosent Cavid Ocaqi, dosent Səidə Şərifova və biologiya üzrə fəlsəfə doktoru Məhəmməd Eldarovun bu il İsveç Kənd Təsərrüfatı Elmləri İnstitutu ilə birgə hazırladıqları “SORG4NOBAL: Baltik dənizi regionunda evtrofikasiya və pestisidlərlə çirklənmənin azaldılması üçün iqlim dəyişilmələrinə davamlı sorqonun introduksiyası” adlı beynəlxalq elmi-tədqiqat layihəsi İsveç Universiteti tərəfindən qalib elan olunub və maliyyələşdirilməsi barədə qərar verilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, layihə işlərinin icrası ilə bağlı ilk görüş sentyabrın əvvəlində İsveç Kənd Təsərrüfatı Elmləri İnstitutunda (Malmö şəhərində) keçirilib. Cavid Ocaqi və Səidə Şərifova həmin görüşdə iştirak ediblər. Görüşdə Xəzər Universiteti, layihənin Azərbaycan tərəfindən öhdəlikləri ilə bağlı məlumat verilib, müzakirələr aparılıb.

Üç gün davam edən görüşlərdə İsveç, Estoniya, Latviya və Ukrayna, Danimarka və Niderlanddan alim və mütəxəssislər iştirak edib, müxtəlif ölkələrin təcrübələri dinlənilib, gələcək planlar və birgə yeni layihələrin hazırlanması məsələləri müzakirə olunub.

Layihə ilə bağlı növbəti görüşlərin birinin Xəzər Universitetində keçirilməsi qərara alınıb.

Xəbər lenti