Logo

AzMİU 5 il müddətinə akkreditasiyadan keçib

20.09.2023 15:24 173 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 5 il müddətinə akkreditasiyadan keçib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, bu qərar Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə keçirilən ikinci iclasında qəbul edilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlilləri təqdim edib.

İclasda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilib və müəssisən növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib.

Xəbər lenti