Logo

BMA-nın tələbələri üçün növbəti dəfə ustad dərsi keçirilib

20.09.2023 13:40 225 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ABŞ-ın Qərbi Miçiqan Universitetinin müəllimi və Ruzvelt Universitetinin nəzdində İfaçılıq Sənəti Kollecinin Simli Alətlər kafedrasının müdiri, professor İqor Fedotov akademiyanın tələbələri üçün ustad dərsi keçib.

BMA-dan "Tehsil.biz"ə bildirilib ki, ustad dərsində İqor Fedotov tələbələrlə ifaçılıq sənətinin sirlərini bölüşüb, əsərlər üzərində texniki bacarıq qaydalarını izah edib, texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərib.

Ustad dərsi BMA-nın müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti