Logo

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil olunub

19.09.2023 16:36 331 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 əməkdaşı iştirak edib.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər,  korrupsiya ilə mübarizənin tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimin sonunda korrupsiyaya qarşı mübarizə mövzusunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında Mərkəz tərəfindən mütəmadi olaraq bu və digər mövzularda təlimlər təşkil olunur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti