Logo

ADNSU-nun Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup”da iştirak edib

19.09.2023 16:19 188 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup” tədbirində iştirak edib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Tədbirdə yerli #ekosistem oyunçuları ilə görülən işlər, həmçinin yeni imkanlar və gələcək planlar müzakirə olunub. Eyni zamanda, son 3 ayda startap ekosisteminin inkişafının təşviqi üçün “Founders Academy”, “Viveka”, “Startup Vise Guys” proqramları haqqında məlumat verilib. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov mərkəzin 8 illik fəaliyyəti və gələcək proqramları haqqında danışıb.

Universitetin 3 əməkdaşı “Vivek mentorship” proqramında uğurla iştirak edib.

Qeyd edək ki, artıq ənənə halını almış bu “meetup”lar innovasiya ekosisteminin oyunçuları üçün təcrübə, bilik, nailiyyətlər və planlar mübadiləsi baxımından əlverişli platformaya çevrilib.

Xəbər lenti