AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Məmmədovanın “Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı çapdan çıxıb.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Qeyd olunub ki, kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçisi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
“Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı Türkiyənin tanınmış mütəfəkkiri Hilmi Ziya Ülkənin irsini tədqiq və təbliğ etmiş qızı Gülseren xanımın əziz xatirəsinə ithaf olunub. Kitab “Elmdə dəyər problemi”, “Düşüncə tarixində varislik əlaqəsi və Şərqin elmi-mədəni dəyərləri”, “Dəyər nəzəriyyəsinə fəlsəfi-etik yanaşma”, “İnsan və əxlaqi dəyərlər haqqında”, “Hilmi Ziya Ülkənin yaradıcılığında dəyər nəzəriyyəsi” bölmələrindən ibarətdir.