Logo

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İCCROM təşkilatının rəhbərliyi ilə görüşüb

19.09.2023 14:09 267 baxış
IMG

Səudiyyə Ərəbistanın paytaxtı Riyadda keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 45-ci sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) rəhbərliyi ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, görüşü giriş sözü ilə açan təşkilatın böyük direktoru Cozef Kinq Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkəmiz mədəni irsi ilə bağlı təəsüratlarını bölüşüb, yeni əməkdaşlıq imkanlarından danışıb.

Öz növbəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin rəhbəri, nazir müavini Səadət Yusifova səmimi sözlərə görə təşəkkürünü bildirirək Azərbaycan üçün mədəni irsin qorunmasının əhəmiyyətindən danışıb, restavrasoya və konservasiya ekspertlətini hazırlanması istiqamətində təşkilatın institusional dəstək mexanizmləri ilə maraqlanıb.

Görüşdə həmçinin ölkəmiz ilə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

Xəbər lenti