Logo

Rektor Naxçıvan Muxtar Respublikasının I qrup üzrə lideri ilə görüşüb

19.09.2023 10:36 212 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 680,2 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının I qrup üzrə birincisi olan və BANM-in Kimya mühəndisliyi ixtisasını seçən Rəna Rəhimli və onun valideynləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor BANM tələbəsi adını qazanan Rənanı təbrik edərək ona uğurlar arzulayıb və bildirib ki, burada peşəkar kadr kimi yetişəcək.

Rəna Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunudur. 2022-ci ildə Naxçıvanda kimya fənni üzrə olimpiada qalibi olub.

Rəna bildirir ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olan tanışı və müəllimi ona burada təhsil almağı məsləhət görüblər:

“Bakı Ali Neft Məktəbini seçməyimdə ən yüksək bal toplayan abituriyentlərin seçimi olmasının da rolu olub. Mən də araşdırıb burada yüksək keyfiyyətli təhsil verildiyi barədə məlumat aldım. Ona görə də seçimim Bakı Ali Neft Məktəbi oldu".

Rəna kitab oxumağı və şahmat oynamağı sevir, onun şahmat üzrə uğurları var.

Xəbər lenti