Logo

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzi uşaqları və valideynlərini dəvət edir - FOTO

19.09.2023 10:00 339 baxış
IMG

Sentyabrın 16-da Bakı şəhərinin ən mənzərəli və müasir guşələrindən biri olan Ağ Şəhərdə SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzinin açılışı baş tutdu.

SƏNƏT Mərkəzinin başlıca prioriteti 4-18 yaş arası uşaq və yeniyetmələr üçün nəzərdə tutulan yaradıcı fəaliyyətlərlə bağlıdır. Bir qayda olaraq, uşaqlar öz vaxtlarının əksər hissəsini (təbii ki, tətil günləri istisna olmaqla) məktəb dərslərində keçirir, yerdə qalan saatları da faydalı şəkildə, fiziki və zehni inkişaf üçün sərf etmək lazımdır. SƏNƏT Mərkəzində övladınız bir çox bacarıqları öyrənəcəyi, öz istedad və intellektual bacarıqlarını inkişaf etdirəcəyi əyləncəli dərslər və məşğələlərə qatılmaqla, asudə vaxtını səmərəli şəkildə keçirəcək.

SƏNƏT Mərkəzi heykəltaraşlıq, boyakarlıq və rəsmçəkmə, musiqi və vokal, rəqs və aktyorluq sənəti, eləcə də bədii gimnastika və şahmat kimi sahələrdə son dərəcə maraqlı dərslər və məşğələlər təklif edir. Artıq uşağınız evdə darıxmayacaq və öz vaxtını əbəs yerə, qadcetlərə sərf etməyəcək. Bizim məşğələlərimizdən sonra övladınız yeni biliklər qazanacaq və özünə əminliyi artacaq. Mərkəzin peşəkar və təcrübəli müəllimlər heyəti uşaqların hərtərəfli inkişafı üçün çalışaraq, onlara öz unikal həyat yollarını tapmağa kömək edəcək, inklüziv yanaşma isə hər bir şagirdə özünü tədris proqramının tam bərabərhüquqlu iştirakçısı kimi hiss etməyə imkan verəcək. SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzi – ilham və yaradıcılığın vəhdət təşkil etdiyi unikal məkandır.

SƏNƏT Mərkəzi ən müasir avadanlıqlarla təchiz olunmuş geniş və zəngin kitabxana, işıqlı rəqs və şahmat otaqları, dekorativ-tətbiqi sənət studiyaları, yeddi komfortlu musiqi otağı, rahat konsert zalı, gözəl ab-havalı caz klubu və ailəvi restoranın daxil olduğu üçmərtəbəli binadan ibarətdir.

Mərkəzin interyeri həm uşaqlar, həm də böyüklərin mental durumuna müsbət təsir göstərən dinc və sakit rənglərlə tərtib edilib.

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzinin açılış günündə ziyarətçilər üçün canlı musiqi səslənməklə yanaşı, rəqs, rəsm, musiqi mövzusunda maraqlı ustad dərsləri və seminarlar təşkil olundu, burada hər bir qonaq bu istiqamətlərdə özünü sınamaq imkanı əldə etdi. Rəngarəng tədbirlərin bir hissəsi kimi kiçik şahmat turniri də keçirildi və qaliblərə müxtəlif mükafatlar təqdim olundu. Açılış mərasiminin sonunda isə SƏNƏT Mərkəzinin istedadlı şagirdləri maraqlı konsert proqramı ilə çıxış etdilər.

Uşaqları, eləcə də onların valideynlərini SƏNƏT Mərkəzinə dəvət edirik!

Xəbər lenti