Logo

Tallinndə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib - FOTO

18.09.2023 23:53 253 baxış
IMG

Estoniyanın “Karyera” Təhsil Akademiyası nəzdində Tallinndə fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbində Milli Musiqi Gününə həsr olunmuş musiqi müsabiqəsi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Müsabiqədə Tallinndə yaşayan yeniyetmələr və gənclər, habelə Estoniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “Karyera” Təhsil Akademiyasının təsisçisi Sənəm Əliyeva zəngin mədəniyyətimizin bir qolu olan Azərbaycan musiqisinin tarixi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra müsabiqə iştirakçıları komandalara bölünüblər. Tallinndə yaşayan gənc fəal Gülağa Gözəlovun rəhbərlik etdiyi müsabiqə zamanı komandalar Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin adlarını tapmağa çalışıblar.

Tədbirin sonunda qaliblərə Azərbaycan və Estoniyanın rəmzləri olan hədiyyələr təqdim edilib, milli mətbəximizin şirniyyatlarından ibarət çay süfrəsi təşkil edilib.

Qeyd edk ki, uzun illərdir Estoniyada yaşayan diaspor fəalı Sənəm Əliyeva həm də “Ocaq” radio verilişinin aparıcısı və tərcüməçidir. Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V (Zəfər) Qurultayının iştirakçısı olan Sənəm Əliyeva “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Xəbər lenti