Logo

“Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək

18.09.2023 21:00 168 baxış
IMG

Sentyabrın 21-də Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, seminarda Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri biologiya elmləri namizədi Taleh Yusifov çıxış edəcək.

Maraq göstərənlər seminarda iştirak edə bilər.

Qeyd edək ki, ion kanalları ion cərəyanı yaradır və bioelektrik siqnalların formalaşmasını təmin edir. Bioelektrik siqnallar, orqanizmin siqnal şəbəkəsinin tərkib hissəsi kimi, ürək və sinir sisteminin fəaliyyəti üçün vacibdir, diferensiallaşma, çoxalma və apoptoz kimi fizioloji proseslərdə əsas rol oynayırlar. Bioelektrik siqnalların normal olmayan fəaliyyəti ürək, əzələ və xərçəng xəstəliklərini yarada bilir. Son tədqiqatlar göstərir ki, bioelektrik siqnala aid olunan patoloji vəziyyəti onun funksiyasının tənzimlənməsi ilə normal vəziyyətə gətirmək olar. Beləliklə, bioelektrik siqnal mexanizminin manipulyasiyasını xərçəng və başqa xəstəliklər üçün müalicədə yeni terapevtik strategiya hesab oluna bilər.

Xəbər lenti