Logo

HTP çərçivəsində “MGIMO University”də təhsil alacaq şəxslərin adları təsdiqlənib - FOTO

18.09.2023 18:16 278 baxış
IMG

2023–2024-cü tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MGIMO University) təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 5 nəfər Azərbaycan Respublikası vətəndaşı burada təhsil almaq imkanı qazanıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib 

Seçim turları Dövlət İmtahan Mərkəzi və “MGIMO University” tərəfindən aparılıb. Tələbələrin 2-si bakalavriat, 3-ü isə magistratura səviyyəsində iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına qəbul edilib.

 

Təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələrin təhsil haqqı, yataqxana xərcləri Rusiya tərəfindən, aylıq təqaüd, yol xərcləri isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

 

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 7 aprel tarixində elan verilib.

Xəbər lenti