Logo

"Yüksək nəticə göstərən müəllimlərin bir çoxu repetitor və hazırlıq kurslarına gedib"

18.09.2023 17:53 270 baxış
IMG

"Hazırda Azərbaycanda dövlət ümumitəhsil müəssisələrində 129 min müəllim çalışır, 11 minə yaxın direktor və direktor müavini də dərs deyir, yəni müəllim kimi fəaliyyət göstərir. Bunu da nəzərə alsaq, ümumilikdə 140 minə yaxın dərs deyən müəllim var. Bu müəllimlər 2022-2023-cü tədris ilində sertifikasiya imtahanlarının test mərhələsində iştirak ediblər. İmtahanda iştirak edən müəllimlərin 2 mindən çoxu kəsilmişdir. Biz sosial şəbəkələrdə və internet resurslarında daha çox yüksək nəticələri görsək belə, birmənalı şəkildə deyə bilmərik ki, bütün nəticələr yüksəkdir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Əli Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda müsabiqədən keçə bilməyən ibtidai sinif müəllimləri də var:

"Bizim ilkin nəticələrimizə görə, hazırda imtahanda iştirak edən 55 %-i 30-50, 35 %-i 0-29, 10 %-i isə 51 və yuxarı bal toplayan müəllimlər var. yalnız 35% 0-29 aralıqlı bal toplayan ibtidai sinif müəllimi üçün Düşünürəm ki, bu çox pis haldır. Həmin müəllimlər illər boyu öz fənnlərini yaxşı bilmədən, bizim övladlarımıza tədris ediblər. Həmən müəllimlər mütləq şəkildə özlərini təkmilləşdirməlidirlər".

Ekspert qeyd edib ki, yüksək nəticə göstərən müəllimlərin bir çoxu repetitor və hazırlıq kurslarına gedib:

"Düşünün ki, bir müəllim öz fənnini öyrənmək üçün başqa bir müəllimə müraciət edib. Bir neçə gün öncə sosial mediada yüksək nəticə göstərə bilməyən müəllimləri iş yoldaşları özlərindən uzaqlaşdırmış, hətta nömrələrini belə kontakdan silmələri haqqında post paylaşılmışdı. Hesab edirəm ki, biz yüksək nəticə göstərə bilməyən müəllimləri sıxışdırmalı deyilik. Əksinə onlara dəstək olmalıyıq. Sertifikasiya vacib bir prosesdir, lakin müəllimlərin biliyi keyfiyyətli şəkildə yoxlanmalıdır".

Xəbər lenti