Logo

“Dədə Qorqud”un ötən il tapılan yeni nüsxəsinin restavrasiyası başa çatıb, nəşrə hazırlanır

18.09.2023 15:58 227 baxış
IMG

“Ötən ilin martında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən yeni əlyazması tapılan “Kitabi Dədə Qorqud” dastanının restavrasiyası başa çatıb və Bursa Bələdiyyəsi tərəfindən faksimil nəşri (orijinalın bütün elementləri saxlanılmaqla təkrar çap etmək) hazırlanıb”.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya Dumlupınar Universitetinin professoru Ersen Ersoy məlumat verib.

Professorun sözlərinə görə, kitabın PDF versiyası da artıq hazırdır.

“PDF variantla Bursa Bələdiyyəsinin internet saytında tanış ola bilərsiniz”.

Ersen Ersoy əlyazmanın latın əlifbasına çevrilmiş versiyasının bir neçə aydan sonra nəşr olunacağını qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. “Türkmən-səhra”, yaxud “Günbəd” adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, “Qazan xanın Əjdahanı öldürdüyü boy” da yer alır.

Xəbər lenti