Logo

Geomaqnit qasırğası başlayıb

18.09.2023 14:19 193 baxış
IMG

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından "Tehsil.biz"ə verilən məlumata görə, geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Xəbər lenti