Logo

Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib

18.09.2023 13:38 136 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Elnur Rüstəmov, Tünzalə Musayeva, Xalidə Xəlilova, Gültəkin İsmayılova və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Ülviyyə Nəhmətovanın həmmüəllifi olduqları “Özünüqiymətləndirmə və smartfon asılılığı arasında əlaqə: özünənəzarətin rolu” adlı məqalə “EBSCO”, “Index Copernicus” kimi beynəlxalq elmi bazalarda indekslənən “Technium” jurnalının 46-cı sayında nəşr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədqiqatın məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan yetkinlərdə (N = 11-18; yaş həddi=18-63 yaş) özünüqiymətləndirmə və smartfon asılılığı arasında özününəzarətin rolunu araşdırmaq olub. Araşdırma zamanı əldə edilən nəticələr iştirakçıların özünüqiymətləndirməsi ilə özünənəzarəti arasında müsbət əlaqənin, smartfon asılılığı səviyyəsi isə özünüqiymətləndirmə və özünənəzarət ilə mənfi əlaqənin olduğunu göstərib.

Bununla yanaşı, struktur modelləşdirməsindən əldə edilən nəticələr sübut edir ki, özünüqiymətləndirmə və smartfon asılılığı arasında özünənəzarət vacib rol oynayır.

Xəbər lenti