Logo

Dövlət qulluğu üzrə ümumi müsahibələrdə 31 namizəd uğur qazanıb

18.09.2023 11:52 216 baxış
IMG

On beş dövlət orqanında mövcud olan 74 vakant vəzifənin tutulması üçün avqustun 23-dən başlanan ümumi müsahibələr davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, ümumi müsahibələrə çıxarılan vəzifələri tutmaq üçün 301 namizəd müraciət edib. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Turizm Agentliyi, Maliyyə və iqtisadiyyat şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri üzrə yaranıb. Bu gün saat 11:35-ə olan məlumata görə, müsahibələrdə 31 namizəd uğur qazanıb. Onlardan 11 nəfər Maliyyə Nazirliyində, 9 nəfər İqtisadiyyat Nazirliyində, 2 nəfər Hesablama Palatasında, 4 nəfər isə digər dövlət qurumlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr sentyabrın 28-dək keçiriləcək.

Xəbər lenti