Logo

MDU IT sahəsində əməkdaşlığını genişləndirir - FOTO

17.09.2023 17:24 279 baxış
IMG

Sentyabrın 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (ITE) direktoru Emin Axundov ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə ekspert İsa Qasımov və MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak edib.

Görüş zamanı MDU-da innovativ inkişafın dəstəklənməsi, akademik və inzibati heyətin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, IT sahəsində kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb, MDU və ITE arasında potensial əməkdaşlığa dair ilkin razılıq əldə edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik və inzibati heyətin, tələbə və magistrantların IT bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti