Logo

Vyanada Azərbaycan dilində həftəsonu kurslarında məlumatlandırma görüşü olub - FOTO

17.09.2023 16:44 242 baxış
IMG

Yeni tədris ilinin başlaması münasibətilə Avstriyada yaşayan soydaşlarımızın övladları üçün Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Azərbaycan dili” həftəsonu kurslarında valideynlər və uşaqlarla görüş keçirilib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatlandırma xarakteri daşıyan görüşdə həftəsonu kurslarına rəhbərlik edən Yeganə Balamədova kursun gedişatı və istifadə ediləcək tədris vəsaitləri barədə danışıb, valideynləri maraqlandıran sualları cavablandırıb, yekunda isə kursdakı qrupları yaratmaq üçün uşaqların dil bilgisi müəyyənləşdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycandan gətirilmiş dərs vəsaitləri ilə təmin olunan kursda uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq biliklərinə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.

Son illərdə soydaşlarımızın daha çox marağına səbəb olan ana dilində həftəsonu kurslarında dərslər şənbə günləri Azərbaycan Mədəniyyət Mərkəzində keçirilir.

Xəbər lenti