Logo

BDU əməkdaşları “Times Higher Education” reytinq təşkilatının təlimində

17.09.2023 13:33 161 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education”in nümayəndələri tərəfindən keçirilən onlayn təlimdə Bakı Dövlət Universiteti (BDU) də təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Təlimin məqsədi “THE 2024 impakt” reytinqində iştirak, metodologiya, tələb olunan məlumatlar və digər müvafiq mövzular barədə Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul əməkdaşlarını məlumatlandırmaqdır. Təlimdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov iştirak ediblər.

Məlumat üçün bildirək ki, BDU Azərbaycanda “Times Higher Education Subject Ranking” reytinq cədvəlinə düşən yeganə universitetdir. Belə ki, BDU Fiziki elmlər (Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

Xəbər lenti