SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək Ali Məktəbin tələbələri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbələri Aysu Zamanova və Günel Rəhimli Dayanıqlı Elm və Mühəndislik üzrə Beynəlxalq Konqresdə (ICOSSE '23) “Fosfatla modifikasiya olunmuş mayanın suyun təmizlənməsində istifadəsi: tullantı sularında qurğuşunun çıxarılması və suyun sərtliyinin azaldılması üçün effektiv yanaşma” mövzusunda təqdimat edəcəklər.
Rektor tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin həm Azərbaycanı, həm də Ali Məktəbi layiqincə təmsil edəcəklərinə inandığını bildirib.
Tələbələrin elmi rəhbəri BANM -in Kimya mühəndisliyi kafedrasının baş müəllimi Rima Quliyevadır.
ABŞ-nin Kimya Mühəndisləri İnstitutu tərəfindən keçirilən tədbir sentyabrın 17-25-i tarixlərini əhatə edir.