Logo

AzTU-nun rektoru yubiley medalı ilə təltif olunub - FOTO

16.09.2023 18:09 391 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin 23 avqust 2023-cü il tarixli 351 nömrəli əmrinə əsasən, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Tehsil.biz xəbər verir ki, yubiley medalını rektora Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov təqdim edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Prezidentinin 4 avqust 2023-cü il tarixli Fərmanı ilə təsis olunub.

Xəbər lenti