Logo

BDU Yaponiyanın Kanaqava Universiteti ilə əməkdaşlıq edəcək

16.09.2023 11:44 255 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Yaponiyanın Kanaqava Universiteti (Kanagawa University) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Kanaqava Universitetinin prezidenti Makoto Oguma imzalayıblar.

Əməkdaşlıq memorandumunun məqsədi birgə tədqiqat və akademik görüşlərin keçirilməsini, bakalavr, magistr, tədqiqatçı və akademik heyətin, elmi məqalə və məlumatların mübadiləsini, gələcəkdə ikitərəfli münasibətlərin genişləndirilməsini təmin etməkdir.

Əsası 1928-ci ildə qoyulan Yokohama Akademiyası 1949-cu ildən Kanaqava Universiteti kimi fəaliyyət göstərir. Universitetin mərkəzi kampusu Yaponiyanın Yokohama şəhərində yerləşir. Kanaqava Universiteti QS Asiya universitetləri reytinq cədvəlində 2023-ci ildə 601-650-ci, “Times Higher Education” dünya universitetləri reytinq cədvəlində isə 1501+ yerdədir. Universitetdə 20 minə yaxın tələbə, o cümlədən 600-dən çox əcnəbi tələbə təhsil alır.

Xəbər lenti