Logo

Şəhid anası məktəb direktoru təyin olunub - FOTO

16.09.2023 10:43 323 baxış
IMG

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib.

Tehsil.biz xəbər verir ki, şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.

Xəbər lenti