Logo

Əqli Mülkiyyət Agentliyində növbəti təlim kursuna yekun vurulub

16.09.2023 10:00 138 baxış
IMG

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində növbəti təlim kursuna yekun vurulub.

Tehsil.biz xəbər verir ki, “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC tərəfindən həyata keçirilən təlim kurslarından biri “İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar” adlanır.

Təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

“İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar” adlı təlim kursunun başa çatması ilə əlaqədar keçirilən tədbirdə kursu müvəffəqiyyətlə başa vuran 17 dinləyiciyə Mərkəz tərəfindən sertifikat təqdim olunub.

Tədbirdə “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC-nin direktoru Zahir Hacıyev təlim kursunu uğurla başa vuran bütün iştirakçıları təbrik edib, karyeralarında yüksəliş arzulayıb.

Xəbər lenti