Logo

Azərbaycanda “Sevilfest-2023” qadın sənədli film festivalı başlayır

15.09.2023 22:57 294 baxış
IMG

Sentyabrın 15-dən 22-dək Azərbaycanda “Sevilfest-2023” IV Beynəlxalq Qadın Sənədli Film Festivalı start götürəcək. Filmlərin nümayişi Bakı, Şəki və Lənkəran şəhərlərində olacaq. Festivalını açılış mərasimi sentyabrın 15-də saat 19::00-da Bakıda keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Azərbaycanda müstəqil sənədli film festivalı olan “Sevilfest” qadınların problemlərinə həsr olunub və 2020-ci ildən bəri keçirilir. Builki festival “Bu, sizin ölkənizdə yoxdur” devizi altında və təcrübə mübadiləsi şəraitində təşkil olunur və unikal mədəniyyət hadisəsi kimi, bir sıra imkanlar təqdim edəcək. Kinofestival yerli və beynəlxalq kinematoqrafçılara regional tədbirlərdə iştirak etmək və əhalini sənədli film sənayesi haqqında geniş məlumatlandırmaq imkanı yaradır.

“Sevilfest” qadınların və marginal qrupların həyat hadisələrini paylaşmaq və diqqəti onların sosial problemlərinə yönəltmək məqsədilə kinematoqrafçıları və kino həvəskarlarını öz ətrafında birləşdirir. Bu tədbir çərçivəsində dörd il ərzində ölkənin müxtəlif regionlarında çoxsaylı film nümayişləri təşkil olunub. Ümumilikdə, Azərbaycanın 8 şəhərində 2600-dən çox iştirakçının cəlb edildiyi 125 nümayiş keçirilib.

Festivalın münsiflər heyətinin üzvləri arasında rejissor və jurnalist Atanur Nəbiyeva, sənədli filmlərin rejissoru Ketevan Vaşaqaşvili, ictimai xadim və qadın hüquqları müdafiəçisi Ülviyyə Babasoy, rejissor və kinoşünas Şarofat Arabova, fotoqraf Rəna Əfəndi, prodüser, “Qızlar kinoda” platformasının nümayəndəsi Rebekka Reyni var.

Festivalın adı Cəfər Cabbarlının qadın azadlığı mövzusunda qələmə aldığı “Sevil” pyesindən götürülüb.

Xəbər lenti