Logo

Regionlarda yerləşən məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb

15.09.2023 21:23 149 baxış
IMG

Elm və Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üzrə regional ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayını açıqlayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, cari tədris ilində Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 104 məktəb üzrə 150 min 768 şagird təhsil alacaq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 83 min 698 şagird təhsil alacaq.

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 103 min 184 şagird təhsil alacaq. Onlardan 8 min 99-u I sinifdə, 9 min 923-ü IX sinifdə, 6 min 932-si XI sinifdə oxuyacaq.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 92 min 750 şagird təhsil alacaq. Onlardan 7 min 514-ü I sinifdə, 8 min 790-ı IX sinifdə, 6 min 131-i XI sinif oxuyacaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 83 min 835 şagird təhsil alacaq. Onlardan 7 min 247-si I sinifdə, 7 min 825-i IX sinifdə, 5 min 488-i isə XI sinifdə oxuyacaq.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 95 min 756 şagird təhsil alacaq.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 53 min 971 şagird təhsil alacaq. Onlardan 2 min 499-u məktəbəhazırlıq qrupunda, 3 min 788-i I sinifdə, 5 min 340-ı IX sinifdə, 4 min 93-ü XI sinifdə oxuyacaq.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 41 min 693 şagird təhsil alacaq. Onlardan 2 min 614-ü məktəbəhazırlıq qruplarında, 3 min 353-ü I sinifdə, 3 min 697-si IX sinifdə, 2 min 389-u XI sinifdə isə şagird oxuyacaq.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ümumilikdə 108 min 117 şagird təhsil alacaq. Onlardan 9 min 879-u I sinifdə, 11 min 145-i IX sinifdə, 7 min 773-ü XI sinifdə oxuyacaq.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 80 min 359 şagird təhsil alacaq.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 97 min 10 şagird təhsil alacaq. Onlardan 7 min 859-u I sinifdə, 9 min 252-si IX sinifdə, 6 min 183-ü XI sinifdə oxuyacaq.

Xəbər lenti