Logo

Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO

15.09.2023 21:00 185 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü və yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsilin inkişafı, müasir standartlara uyğun şəkildə qurulması istiqamətində mühüm islahatların həyata keçirildiyini bildirib, tələbələrə elmə, təhsilə, asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməklə yanaşı, onları sosial fəaliyyətlərdə də aktiv olmağa dəvət edib. Eyni zamanda, ölkəmizin uğurlu gələcəyi üçün gənclərə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək və bu istiqamətdə bütün güclərini səfərbər etmək tövsiyə olunub.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov tələbələri və valideynləri təbrik edərək gənclərin gələcəkdə uğurlu karyera qurması üçün Akademiyada bütün zəruri şəraitin yaradıldığını bildirib, tələbələrə gələcək təhsil həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Sonra görüşdə çıxış edənlər Akademiyada yaradılan şəraitə, tələbələrə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda qəbul zamanı yüksək bal toplayan I kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, bu il 5 ixtisas üzrə 139 tələbə Akademiyada təhsil almaq hüququ qazanıb.

Xəbər lenti