Logo

BDU fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələr üzrə müsabiqə elan edir

15.09.2023 20:22 199 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 33

Xəbər lenti