Logo

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə və Qazax filialında Bilik Günü qeyd olunub

15.09.2023 18:15 211 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə və Qazax filialında 15 Sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb. Şəhidlərin əziz xatirəsi yad olunub.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə keçirilən tədbirdə çıxış edən təhsil müəssisəsinin direktoru Səhər Orucova yeni tədris ilinin başlaması münasibətilə müəllim və tələbələri təbrik edib. O bildirib ki, bu il kollecə 284 nəfər (204 nəfər Azərbaycan, 80 nəfər rus bölməsi) ümumi orta təhsil bazasından, 333 nəfər (216 nəfər Azərbaycan, 40 nəfər rus bölməsi) isə tam orta təhsil bazasından qəbul olunub: “Kollecdə ümumi orta təhsil bazasında 8 ixtisas - mühasibat uçotu, bank işi, maliyyə işi, ailə və ev təhsili, kargüzarlıq və arxiv işi, məktəbəqədər təhsil, kitabxana işi, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə, tam orta təhsil bazasında 6 ixtisas - mühasibat uçotu, bank işi, maliyyə işi, ailə və ev təhsili, məktəbəqədər təhsil, kitabxana işi üzrə qruplar mövcuddur. Keçən ildən kollecdə açılan rus bölmələrinin ixtisasları bu il daha da artırılıb. Bu il ümumi təhsil bazasından rus bölməsində mühasibat uçotu, bank işi, maliyyə işi, ailə və ev təhsili, məktəbəqədər təhsil, kitabxana işi ixtisasları üzrə qəbul aparılıb. Bu il ilk dəfə olaraq ümumi təhsil bazasında ixtisasların qiyabi şöbələri açılıb. Yuxarı kurslarda İqtisadiyyat şöbəsi üzrə 502, Humanitar şöbə üzrə 420 tələbə təhsil alır”.

Kollecin direktoru vurğulayıb ki, təhsil müəssisəsində 2023-2024-cü tədris ilində ümumilikdə 1539 tələbə təhsil alacaq.

Universitetin Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Filialının direktoru Arif Rüstəmov, rayon ictimaiyyəti, müəllim və tələbələr iştirak ediblər. Filialın direktoru müəllim və tələbələri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Filialın Riyaziyyat və informatika kafedrasının müdiri professor Hüseyn Xəlilov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Türkan Məmmədova, valideyn, şəhid atası İlham Quliyev, 522 balla BDU-nun Qazax filialının Tarix ixtisasına qəbul olmuş Nuray Sanılı çıxışlarında tələbə adını qazanmış gəncləri təbrik ediblər.

Xəbər lenti