Logo

FHN Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib - FOTO

15.09.2023 16:16 206 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə FHN Aparatının məsul şəxsləri, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq Ümummili Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirdə ölkəmizdə təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb və bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqi təhsil islahatları hazırda cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.

Qeyd olunub ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Tədris prosesi ilə yanaşı, gənclərin ümumi intellektual və dünyagörüşü səviyyələrinin yüksəldilməsi, fiziki hazırlıqlarının artırılması istiqamətində də məqsədyönlü fəaliyyət planı tətbiq edilir. Kursantlar bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnirlər.

Daha sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Qeyd edək ki, FHN Akademiyasında tədris ilinin ilk günündə birinci dərs ənənəvi olaraq “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunur.

FHN Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib

Xəbər lenti