Logo

BDU-nun “Gənc İstedadlar” liseyində Bilik Günü qeyd olunub

15.09.2023 12:00 187 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində 15 sentyabr - Bilik Günü ilə əlaqədar tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Azərbaycanın xilaskarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Tədbirdə liseyin direktoru Arif Bağırov müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Liseyə yeni qəbul olan 5-ci sinif şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyib və ilk zəng səsləndirilib.

Xəbər lenti