Logo

Dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul üzrə müsabiqənin test imtahanı keçiriləcək

15.09.2023 10:13 213 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı). 

İmtahana qeydiyyat 2023-cü il avqustun 17-dən 14 sentyabr saat 11:00-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Xəbər lenti