Logo

Neftçalada yeni modul tipli məktəbin açılışı olub - FOTOLAR

14.09.2023 20:24 204 baxış
IMG

Neftçala rayonunun Şorkənd kəndində tədris ilinin başlanması münasibətilə yeni tikilən modul tipli məktəbin açılışı olub.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, RİH-in məsul şəxsləri, məktəblilər, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Təhsil strategiyasının Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsindən, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğısından, o cümlədən ucqar ərazilərdə belə yeni müasir tipli təhsil ocaqlarının istifadəyə verilməsindən, işğaldan azad olunan ərazilərimizdə müasir dövrün tələblərinə uyğun məktəblərin inşa olunmasından, rayon təhsilində əldə olunan yüksək nəticələrdən danışıb.

Tədbirin sonunda yeni açılışı olan təhsil korpusunda yaradılan şəraitlə tanış olunub. Məlumat verilib ki, 96 şagird yerlik Şorkənd kənd modul tipli məktəb Prezident İlham Əliyevin 16 may 2022-ci il tarixli, 3257 say Sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət proqramı çərçivəsində inşa edilib.

​​​​​​

Xəbər lenti