Logo

BSU-nun bir qrup müəllimi Belarusun Baranoviç Dövlət Universitetinin ixtisasartırma təlimində - FOTO

14.09.2023 18:37 179 baxış
IMG

Sentyabrın 14-də Bakı Slavyan Universiteti (BSU) və Belarus Respublikasının Baranoviç Dövlət Universiteti arasında bağlanan müqavilə çərçivəsində onlayn formada keçirilən “İnklüziv təhsildə müəllimin peşəkar fəaliyyətinin aktual aspektləri” adlı ixtisasartırma təlimlərində iştirak edən İbtidai təhsil kafedrasının müəllimlərinə sertifikatlar təqdim edilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan İbtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, İbtidai təhsil kafedrasının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova çıxış edərək, universitetdə tələbə mobilliyi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü, beynəlxalq əməkdaşlığın genişləndirildiyini vurğulayıb. O, BSU-nun Belarus Respublikasının Baranoviç Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Prorektor əməkdaşlıq müqaviləsi çərçivəsində ixtisasartırma təlimində iştirak etmiş İbtidai təhsil kafedrasının müəllimlərini təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, BSU-nun İbtidai təhsil kafedrasının müəllimləri 17 may- 02 iyun 2023-cü il tarixlərində BSU və Belarus Respublikasının Baranoviç Dövlət Universiteti arasında bağlanan müqavilə çərçivəsində onlayn formada keçirilən “İnklüziv təhsildə müəllimin peşəkar fəaliyyətinin aktual aspektləri” adlı ixtisasartırma təlimlərində iştirak ediblər.

Üç həftə ərzində onlayn formatda keçirilən təlim zamanı iştirakçılar və təlimçilər arasında inklüziv təhsilə dair fikir mübadiləsi aparılıb, maraqlı ideyalar irəli sürülüb.

Təlimin yekunu olaraq İbtidai təhsil kafedrasının müəlimlərinə sertifikatlar təqdim olunub.

 

Xəbər lenti