Logo

ADNSU: "18 ixtisas beynəlxalq akkreditasiyadan keçib"

14.09.2023 16:05 225 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Universitet üzrə 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Universitetdə süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə magistratura səviyyəsində təhsil verməyə başlanılıb. Yeni tədris ilindən universitetdə layihə menecmenti və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) fənləri də tədris olunacaq.

Xəbər lenti