Logo

Tarix İnstitutunun yeni nəşri çapdan çıxıb

14.09.2023 14:06 182 baxış
IMG

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışovun “Güney Azərbaycanlıların milli-azadlıq hərəkatı (1941-1946-cı illər ) tarixinin tarixşünaslığı”adlı monoqrafiyası nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, rəyçilər tarix elmləri doktoru professor İsmayıl Musa və tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadədir.

Təqdim olunan monoqrafiyada İranda Azərbaycan türklərinin milli –azadlıq hərəkatının (1941-1946 – cı illər) tarix ilə əlaqədar, əsasən Güney Azərbaycanlıların Milli Hökumətinin üzvlərinin və digər soydaşlarımızın yazmış olduqları əsərlər, eləcə də sovet, çağdaş Azərbaycan və Rusiya tarixşünaslığı təhlil olunur.

Monoqrafiya Azərbaycanın ən yeni tarixini araşdıranlar, müəllim və tələbələr, həmin illərin siyasi-tarixi hadisələri ilə maraqlananlar, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Xəbər lenti