Logo

ADNSU-da birinci kurs tələbələri ilə görüş olub

12.09.2023 11:50 178 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Əvvəlcə ADNSU-da tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, universitetin maddi-texniki bazası haqqında videoçarx nümayiş olunub.

Görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbə adını qazanmış gəncləri təbrik edib. Universitetdə tələbələrin təhsili üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edən V.Əskərov gənclərə təhsildə uğurlar arzulayıb. Onların gələcəkdə ixtisaslı mütəxəssis kimi formalaşmasına və iqtisadiyyatımıza mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Sonra fakültə dekanları – Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev, Qaz-neft mədən fakültəsinin dekanı professor Elman İskəndərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək ADNSU-da tədrisin təşkili, tələbə mobilliyi və digər bu kimi məsələlər haqqında məlumat veriblər.

Xəbər lenti