Logo

Qiymətləndirmə düşərgəsinin iştirakçıları sertifikatlarla təltif olunublar

11.09.2023 20:34 379 baxış
IMG

Təhsil İnstitutunun və Abşeron–Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən qiymətləndirmə düşərgəsi başa çatıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, düşərgənin təşkil edilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, bu istiqamətdə səriştə əsaslı qiymətləndirmə vasitələri hazırlamaq üçün onlarda bilik və bacarıqları formalaşdırmaq olub. Üç gün davam edən düşərgədə müəllimlər beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ümumi məlumat almaqla oxuyub-anlama üzrə mətn və tapşırıq nümunələri ilə tanış olublar. Əlavə olaraq, onlar fərdi və qrup şəklində mətn üzərindən səriştələrin müəyyənləşdirilməsinə dair fəaliyyətlərdə iştirak ediblər.

Düşərgənin sonuncu günündə ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva ilk növbədə Abşeron – Xızı RTİ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etməklə düşərgə iştirakçılarına qazandıqları bilik və bacarıqları təcrübələrində tətbiq etməyi, o cümlədən həmkarları ilə paylaşmağı tövsiyə edib. Yekunda düşərgə iştirakçıları sertifikatlarla təltif olunublar.

Xəbər lenti