Logo

Təhsil İnstitutu məktəbdə psixoloji xidmətə dəstək məqsədilə metodik vəsait hazırlayıb

11.09.2023 16:50 245 baxış
IMG

Təhsil İnstitutu “Məktəbdə psixoloji xidmətə dəstək” adlı metodik vəsait hazırlayıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda məktəbdə psixoloji xidmətə dəstək məqsədilə şagirdlərin yaradıcılıq, emosional-iradi və fərdi-psixoloji xüsusiyyətləri təhlil olunub. Eyni zamanda, nəşrdə risk qrupuna daxil olan uşaqların psixoloji xüsusiyyətləri tədqiq edilib, təklif və tövsiyələr öz əksini tapıb. Vəsaitdə istedadın mahiyyəti, diaqnostikası, onun ailədə, təlim prosesində təzahür xüsusiyyətləri və sağlamlığı məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşma və inteqrasiya məsələləri təhlil olunub.

Kitabdan müəllim, psixoloq və valideynlər faydalana bilərlər.

Xəbər lenti