Logo

Nazir: "Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq"

11.09.2023 12:18 166 baxış
IMG

"Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.

Nazir qeyd edib ki, növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq:

"Azərbaycan dili fənni üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var".

Xəbər lenti